Britaniyada helikopter qəzası: Ölən və yaralananlar var
                    
                        Böyük Britaniyanın şimalındakı Donkaster şəhəri yaxınlığında baş verən helikopter qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə hadisənin baş verdiyi Cənubi Yorkşir qraflığının polisinin məlumatında deyilir.
"Qəzada 70 yaşlı kişi ağır xəsarət alıb və tibb işçilərinin bütün səylərinə baxmayaraq, hadisə yerində ölüb. Pilot, 41 yaşlı kişi və digər iki sərnişin - 58 yaşlı qadın və 10 yaşlı oğlan yüngül xəsarət alıblar", - deyə polisin məlumatında bildirilir.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
