Adada unudulan 80 yaşlı qadın ölü tapılıb.
Publika.az "The Associated Press"ə istinadən xəbər verir ki, hadisə Avstraliyanın Kvinslend ştatının “Thursday” adasında baş verib.
Məlumata görə, Syuzan Ris adlı qadın Avstraliyanın şimal sahillərində səyahət edən kruiz gəmisinin sərnişini olub. O, digər sərnişinlər qrupu ilə birlikdə yürüşə çıxdıqdan sonra gəmiyə qayıtmayıb. Gəmi limandan ayrıldıqdan sonra heyət onun gəmidə olmadığını başa düşüb. Ərazidə axtarışlardan sonra qadının meyiti tapılıb.
Səlahiyyətlilər ölüm səbəbinin hələ məlum olmadığını açıqlayıblar.
 
                        