Bakı. Trend:
Bildiyiniz kimi, oktyabrın 29-da Milli Məclisdə AzərbaycanRespublikası Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalqparlament konfransı keçirilib.
Trend xəbərverir kii, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu günkeçirilən plenar iclasında konfrans barədə məlumat verib.
"Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətləri, ocümlədən 8 ölkənin parlament sədrləri və sədr müavinləri, eləcə də7 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən isə 100-dən çox adamiştirak etmişdir. Konfransda “Konstitusiya müasir dünyadadövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi”mövzusunda çıxışlar edilmişdir.
Qeyd edim ki, bu konfrans “Konstitusiya və Suverenlik İli”çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə keçirilən 13-cütədbir idi", - deyə spiker bildirib.