AZ

5,4 trilyon dollarlıq sektorların rəhbərləri bir arada - Dünya bu fotodan danışır

Qlobal texnologiya və avtomobil sənayesinin nəhəng adları Cənubi Koreyada restoranda bir araya gəlib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Samsung", "Hyundai" və Nvidia şirkətlərinin icraçı direktorları paytaxt Seulda bir restoranda şam ediblər.

Bu görüş, üç fərqli sektoru (yarımkeçirici, avtomobil və istehlak elektronikasını) bir masa ətrafında birləşdirdiyi üçün böyük rezonans doğurub. Bu görüşdən sonra, üç şirkətin ümumi bazar dəyərinin 5 trilyon 425 milyard dollar (5.425.000.000.000) olduğu məlum olub. 

Bu nəhəng iqtisadi ölçü, sözügedən şirkətlərin qlobal iqtisadiyyatda mərkəzi rolunu bir daha göstərir.  

Gülayə Mecid 

Seçilən
4
1
unikal.az

2Mənbələr