AZ

Rusiyanın bir neçə regionu dron hücumuna məruz qalıb Bu ərazilərdə partlayışlar olub + VİDEO

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

31 oktyabr gecəsi Rusiyanın bir sıra bölgələrində güclü partlayışlar baş verib. 

"Telegram" kanallarının və hadisə şahidlərin məlumatına görə, bir neçə obyekt dron hücumuna məruz qalıb.

“Astra” kanalının məlumatına əsasən, Orlov vilayətində yerləşən İstilik Elektrik Mərkəzi pilotsuz uçuş aparatları tərəfindən vurulub. Hücum anı təhlükəsizlik kameralarına düşüb.

Vilayətin qubernatoru Andrey Kliçkov hücumu təsdiqləyib. O bildirib ki, hava hücumundan müdafiə sistemi işə düşsə də, bəzi dronlar hədəflərə çatıb:“BPLA-nın vurulması nəticəsində Orlov şəhərindəki istilik elektrik mərkəzinin ərazisinə qalıqlar düşüb, bu da enerji təchizatı avadanlıqlarına zərər vurub. Hadisə yerində yanğın və xəsarət alan yoxdur. Xüsusi xidmət orqanları hadisə yerindədir, bərpa işləri davam edir”.

Lakin hadisə yerindən yayılan görüntülərdə yanğının baş verdiyi görünür. Hücumdan sonra şəhərdə elektrik enerjisi kəsilib.

Yaroslavl şəhərində də partlayış səsləri eşidilib. Şahidlər partlayışların “Slavneft-YANOS” neft emalı zavoduna yaxın ərazidə baş verdiyini bildiriblər. Hücum səbəbindən Yaroslavl hava limanı müvəqqəti bağlanıb.

Bundan başqa, Vladimir vilayətində də partlayışlar qeydə alınıb. “Astra”nın məlumatına görə, Energetik qəsəbəsində yerləşən “Vladimirskaya” elektrik yarımstansiyası dron hücumuna məruz qalıb.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
azpolitika.info

1Mənbələr