Azərbaycan Basketbol Liqasında 5-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən bir oyunla start götürən turun ikinci günündə daha iki qarşılaşma baş tutacaq.
“Sumqayıt” doğma meydanda “Sərhədçi”ni, “Gəncə” isə “Şəki”ni sınağa çəkəcək. Hər iki qarşılaşma eyni vaxtda başlayacaq.
Qeyd edək ki, turun dünən keçirilən açılış oyununda B qrupunun lideri "Ordu" "Lənkəran"ı səfərdə 91:76 hesabı ilə üstələyib.
Azərbaycan Basketbol Liqası
5-ci tur
31 oktyabr
19:00. "Sumqayıt" - "Sərhədçi"
Sumqayıt. Olimpiya İdman Kompleksinin stadionu.
19:00. "Gəncə" - "Şəki"
Gəncə. Olimpiya İdman Kompleksinin stadionu.
Turun qalan oyunları həftəsonu keçiriləcək:
1 noyabr
14:00. "Naxçıvan" - "Quba"
Bakı. İdman Sarayı.
18:00. NTD - "Neftçi"
Bakı. İdman Sarayı.
2 noyabr
18:00. "Abşeron Lions" - "Sabah"
Bakı. İdman Sarayı.
A qrupu
1. Sabah 4 4 0 +117 8
2. Abşeron Lions 4 4 0 +36 8
3. Şəki 4 1 3 -47 5
4. Neftçi 3 1 2 +8 4
5. Gəncə 3 1 2 -16 4
6. NTD 4 0 4 -98 4
B qrupu
1. Ordu 5 5 0 +100 10
2. Naxçıvan 4 3 1 +20 7
3. Quba 4 2 2 -11 6
4. Lənkəran 5 2 3 -12 6
5. Sərhədçi 4 1 3 -27 5
6. Sumqayıt 4 0 4 -70 4
 
                        