AZ

Deputatdan ETİRAZ: “Bir direktor seçimi nədir ki, bu qədər prosedur lazım olur?!”

“Azərbaycanda bu gün elm və təhsil nazirinin də etiraf etdiyi kimi 600 məktəbdə direktor yoxdur. Direktor seçimi üçün hər dəfə yeni metodologiya yaradılır. Bir direktor seçimi nədir ki, bu qədər prosedur lazım olur?!” 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Azər Badamov deyib.

O bildirib ki, bu proseslər layiqli direktor seçiminə xidmət etmir:

"Mürəkkəb bir labirint yaranır. Heç də layiqli insanların məktəblərdə direktor seçilməsini təmin etmək olmur. Axı bu məktəblərdə sadə mexanizm var. Xarici ölkələrdə direktor müavinləri var və 10 il iş stajı olan kəslərdən direktorlar seçilir".

Günay Şahmar, Bizim.Media

Seçilən
16
1
bizim.media

2Mənbələr