AZ

Qızıl və gümüşün təmizlənməsi laboratoriyası qarət edilib

Fransanın Lion şəhərində qiymətli metalların təmizlənməsi ilə məşğul olan Purkery adlı laboratoriyaya silahlı basqın edilib. AzPost BFMTV telekanalına istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 13:30 radələrində baş verib.

Məlumata görə, dörd nəfərdən ibarət silahlı dəstə binanın pəncərəsini partladaraq içəri daxil olub. Onlar laboratoriyadan bir neçə çanta dolusu qiymətli metal götürərək hadisə yerindən mavi işıq siqnallı avtomobillə uzaqlaşıblar.

Hadisə nəticəsində beş nəfər yüngül xəsarət alıb. Yaralıların partlayışın təsirindən zədələndiyi ehtimal olunur. Polis məlumat verir ki, insident zamanı atəş açılmayıb.

Fransa hüquq-mühafizə orqanları hadisəyə dərhal reaksiya verib. Qısa müddət ərzində beş nəfər şübhəli şəxs saxlanılıb və oğurlanmış bütün əşyalar geri qaytarılıb.

Məlum olub ki, bu laboratoriya əvvəllər də quldurların hədəfində olub. Belə ki, 2024-cü ilin 15 may tarixində müəssisəyə oxşar hücum cəhdi olsa da, o zaman cinayət baş tutmamışdı.

Hadisə ilə bağlı istintaq davam edir.

AzPost.az

Seçilən
0
1
azpost.info

2Mənbələr