AZ

Deputat: Torpaq üzərində yaşıllıq olub olmamasına baxmayaraq, mülkiyyətçi vergi verir

BAKI, 31 oktyabr. TELEQRAF

Vətəndaşlar pay torpaqlarını bir neçə il dincə qoyandan sonra onun üzərini kol-kosdan təmizləməsi problemi ilə qarşılaşdıqlarını bildirirlər. Mülkiyyətindəki torpaqda texniki yolla ağac yetişdirib, onu kəsib istifadə etmək də olmaz. Halbuki mülkiyyət sahibi torpağında yetişdirdiyi ağacın meyvəsinə kifayət qədər zəhmət çəkib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Azər Badamov çıxışı zamanı deyib.
O bildirib ki, mülkiyyətçinin hüquqları qanunvericilikdə öz əksini tapıb:

"Həm də torpaq sahibi mülkiyyətində olan torpağın üzərində yaşıllıq olub olmamasına baxmayaraq, bütün ərazisinin vergisini verir, amma ondan istifadə edə bilmir. Vətəndaşların mülkiyyətində olan pay torpaqlarında özünün yetişdirdiyi və ya kol-kosdan təmizləməsi məsuliyyət yaradır. Müvafiq komitə tərəfindən məsələyə baxılmasını təklif edirəm".

Seçilən
10
teleqraf.com

1Mənbələr