Sentyabrda BMT Baş Assambleyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə qısa görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “qəti barışmazlıq” nümayiş etdirməsi Vaşinqtonu heyrətləndirib.
Herbiand.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr “Financial Times”a (FT) bildiriblər.
Onların fikrincə, rusiyalı nazirin Ukraynadakı münaqişə ilə bağlı “güzəştsiz” bəyanatları ABŞ-da Moskva ilə nizamlanma danışıqlarının məhsuldar olacağına dair şübhələrə səbəb olub.
Bundan başqa, oktyabrın ortalarında Rubio və Lavrov arasında “gərgin” telefon danışığından sonra Vaşinqton Donald Tramp və Vladimir Putin arasında keçiriləcək sammiti təxirə salmaq qərarına gəlib. FT-nin məlumatına görə, söhbətdən sonra Rubio Trampa Moskvanın danışıqlara hazır olmadığını bildirib.
Qəzetin mənbəsi əlavə edib ki, ABŞ prezidenti onların [Rusiyanın] mövqeyindən heyran olmayıb.
Bəxtiyar CƏFƏRLİ
 
                        