GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Moskva Vaşinqtona Ukrayna ilə bağlı tələblər göndərəndən sonra ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeşt görüşünü ləğv edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
“Ukraynaya qarşı sərt tələbləri özündə əks etdirən Rusiya memorandumunun ardınca iki ölkənin yüksək rütbəli diplomatları arasında gərgin telefon danışığı baş verib.
Sənəddə Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya qarşı tələblərini açıqlayıb: ərazi güzəştləri, Ukrayna silahlı qüvvələrinin sayının kəskin şəkildə azaldılması və Kiyevin heç vaxt NATO-ya qoşulmayacağına zəmanət verilməsi. Bu memorandum Putinin oktyabrın 16-da Trampla söhbətindən bir neçə gün sonra ABŞ-a göndərilib. Tramp isə Moskvanın mövqeyindən narazılığını bildirib”, – deyə nəşr yazıb.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        