GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ dekabrda Bolqarıstan, Macarıstan və Slovakiyadan qoşunlarının bir hissəsini çıxarmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kyiv Post” qəzeti məlumat yayıb.
“Dekabrın ortalarından gec olmayaraq Bolqarıstan, Macarıstan və Slovakiyada növbəti ixtisarların olacağı gözlənilir”, – deyə qeyd olunub.
Rumıniya və onun Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) müttəfiqləri əvvəllər ABŞ-ın Avropadakı qoşunlarının sayının azaldılması ilə bağlı xəbərdar edilmişdilər.
Məlumata görə, qərar Donald Tramp administrasiyası tərəfindən ABŞ Silahlı Qüvvələrinin qlobal duruşunun nəzərdən keçirilməsi prosesinin bir hissəsi kimi verilib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.