AZ

Bir rekordla inanılmaz dəyişikliklər olacaq Əhalini gözləyən sürpriz

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misin qiyməti tarixi rekord səviyyəyə yüksəlib. Londonda metal birjasının məlumatına görə, üç aylıq fyuçerslərin dəyəri ticarət zamanı tonuna görə 11 146 ABŞ dolları (təxmini 18 949 manat) olub. Bununla da 2024-cü ildə qeydə alınmış əvvəlki maksimum göstərici yenilənib. Son bir il ərzində misin qiyməti 26% artıb.

Misin qiymətinin tarixi maksimuma çatması əhali üçün nə deməkdir? 

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib ki, bu tarixi artım təkcə sənaye üçün deyil, həm iqtisadiyyat, həm də istehlakçı səviyyəsində təsirlərə malikdir:

“Çünki mis dünya sənayesində əsas metal sayılır. Onun qiymətinin yüksəlməsi, adətən qlobal iqtisadi aktivliyin artdığını göstərir. Elektrik, avtomobil, elektronika, tikinti və enerji infrastrukturu kimi sahələr misə çox tələbat yaradır. Son aylarda yaşıl enerji keçidi misə olan tələbi daha da artırıb. Bu səbəbdən qiymətin 11 min dollardan yuxarı qalxması qlobal iqtisadi canlanmanın əlaməti hesab oluna bilər. Azərbaycan mis istehsalçısı olan ölkələrdəndir, xüsusilə Daşkəsən və Gədəbəy mədənlərində hasilat mövcuddur. Əslində bu bahalaşma ölkə üçün faydalıdır, çünki gəlir gətirən sahədir. Dövlətin və sahibkarların ixracdan daha çox gəlir əldə etməsi büdcəyə əlavə valyuta axını yaradır”.

Akif Nəsirli

İqtisadçı bildirib ki, hazırkı mənzərə sıravi vətəndaş üçün mənfi əlamətdir:

“Mis elektrik kabellərində, borularda, soyuducu, kondisionerlər, həmçinin elektronika və avtomobil hissələrində istifadə edilir. Onların maya dəyəri artdıqca istehlakçı üçün satış qiyməti də bahalaşır. Yəni yaxın aylarda tikinti materialları, məişət texnikası və avtomobillər bahalaşa bilər. Bununla yanaşı, dövlət və bələdiyyə layihələrində də misdən çox istifadə edilir. Bu, büdcə xərclərini artırır, yəni dolayı yolla vergi və xidmət haqlarına təzyiq yarada bilər. Yerli bazarda misdən asılı məhsullar (kabel, mühərrik, cihaz və sair) idxal edilirsə, qiymət artımı ümumi inflyasiyanı sürətləndirəcək.

Lakin bəzi müsbət nəticələr də mümkündür. Mis hasilatı və emalı sahəsində daxili investisiyalar arta, yeni iş yerləri yarana bilər. Dövlətin mis ixracından gəlirləri çoxaldıqca, vəsaitin sosial və infrastruktur layihələrinə yönəldilməsi mümkündür. Yəni misin qiymətinin tarixi maksimuma çatması dövlət və sənaye sektoru üçün gəlirli, lakin sıravi istehlakçı üçün bahalaşma deməkdir”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
globalinfo.az

2Mənbələr