Bakı. Trend:
Seçicilər müraciətlərdə pay torpağını bir neçə il dincə qoyandansonra ərazinin kol-kosdan təmizlənməsi problemi ilə qarşılaşdlarınıbildirirlər. Hətta mülkiyyətdəki torpaqda texniki yollarla ağacyetişdirib,onu kəsib istifadə etmək də olmaz.
Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentinbugünkü plenar iclasında çıxışı zamanı deyib.
Sədr müavini bildirib ki, mülkiyyət sahibi torpağındayetişdirdiyi ağacın böyüməsinə kifayət qədər zəhmət qoyur və onugələcəkdə öz istəyinə uyğun istifadə etmək məqsədilə əkir. Həm dətopraq sahibi mülkiyyətindəki torpağın üzərində yaşıllıq olubolmamasına baxmayaraq, bütün ərazisinin vergisini verir, ammaərazidən tam şəkildə istifadə edə bilmir:
“Konstitusiyasının 20 -ci maddəsinin 3-cü bəndində mülkiyyəthüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakasahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncamvermək hüquqlarından ibarətdir yazılıb. Amma digər qanunlarda isəvətəndaşın mülkiyyətində olan pay torpaqında hətta özünün şəxsiistifadəsi üçün texniki yolla yetişdirildiyi ağacların kəsilməsi vəərazini kol-kosdan təmizlənməsi cinayət məsuliyəti yaradır.
Müvafiq komitə tərəfindən məsələyə baxılmasını və məqəsəduyğunhesab olunduğu təqdirdə, pay torpağı mülkiyyəti sahiblərini narahatedən bu məsələnin həll edilməsi üçün qanunda müvafiq dəyişikliyinedilməsi ilə bağlı addımların atılmasını təklif edirəm”, - deyəA.Badamov bildirib.
 
                        