Koreya Respublikasının layihələrinin Azərbaycanda həyata keçirilməsindən məmnunam.
Bunu Cəbrayılda səfərdə olan Koreya Respublikasının Azərbaycandakı səfiri Kang Kymgu APA-ya açıqlamasında bildirib.
“Koreya layihələrindən birinin burada həyata keçirildiyini görməkdən həqiqətən məmnunam. Bu bölgəyə kömək edə biləcək və insanların həyatını yaxşılaşdıra biləcək bir layihənin bir hissəsi olmaqdan qürur duyuram”, - diplomat vurğulayıb.
Qeyd edək ki, Cəbrayılın Horovlu kəndində kəhrizlərin bərpasında Koreya şirkəti iştirak edib.
 
                        