AZ

Deputat: 600 məktəbdə direktor vəzifəsi boşdur

Elm və təhsil nazirinin də dediyi kimi 600 məktəbdə direktor vəzifəsi boşdur.

Teleqrafxəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib. O qeyd edib ki, direktor seçimi üçün hər dəfə yeni metodologiya tətbiq olunur:
“Bir direktoru seçmək nədir ki, onun üçün bu qədər prosedur keçilməlidir? Layiqli insanların məktəb direktoru seçilməsinə məhdudiyyət yaranır. Bu isə təhsilin keyfiyyətinə təsir edir.
Halbuki, məktəbdə rəy sorğusu keçirib, 10 ildən artıq stajı olanlardan birini director təyin etmək olar. Ya da direktorluğa namizədlərlə bağlı kadr bankı formalaşdırmaq, ehtiyac olduqda oradan seçmək olar”.
Komitə sədri xaricdə təhsil alan tələbələrin iş problemini də dilə gətirib:
“100 milyonlarla vəsait xərclənib, xaricdə tələbə oxutdururuq. Amma onların ölkəyə qayıdanda işlə təmin edilməsi problemə çevrilib. Özləri təşəbbüs göstərməsə, valideynləri köməklik etməsə iş tapa bilmirlər. Bu problemləri həll etmək lazımdır”.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr