AZ

Bakıda tanınmış müğənninin faciəli ölümünün TƏFƏRRÜATI

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Müğənni Vlada Axundovanın ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün olub.

Vlada Axundova sərnişin kimi mindiyi "Toyota" markalı, 01-CH-477 dövlət nömrə nişanlı avtomobildən enərkən arxadan gələn 2002-ci təvəllüdlü Seyfulla Mehdizadənin idarə etdiyi "Hyundai Elantra" markalı 77-SJ-148 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onu vurub.

Vlada Axundova aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Məhərrəm Əliyev

10:16

Bakıda avtomobilin vuraraq öldürdüyü Vlada Axundova tanınmış müğənni imiş.

Oxu.Az xəbər verir ki, V.Axundova "Səs Azərbaycan" yarışının iştirakçısı olub.

09:56

Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, 2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə Dövlət Bayrağı meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
oxu.az

2Mənbələr