AZ

Wetsi nin təsisçisi: Dekolonizasiya və zehni azadlıq işi hələ də görülməlidir

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Kolonializm təkcə torpaqların talan edilməsi sistemi deyil, həm də mədəniyyətlərin silinməsi və mədəni hökmranlıq yolu ilə qurulmuş, uzunmüddətli bir sistemdir".

Oxu.Az xəbər verir ki, bunu "Wetsi" qalereyasının təsisçisi Anne Wetsi Mpoma "Belçikanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi" mövzusunda aparılan müzakirə zamanı deyib.

O bildirib ki, müstəmləkə edilmiş xalqlara öz daxili dəyərlərinin, varlıqlarının dəyərsiz olduğu öyrədilib:

"Onlar da bir şəkildə bunu qəbul etdilər. Bu zehniyyət bu gün də cəmiyyətin düşüncə tərzində, gündəlik münasibətlərdə özünü göstərir. Bu dekolonizasiya və zehni azadlıq işi hələ də görülməlidir - istər diasporda, istərsə də öz ölkəsində olan insanlar üçün.

Kolonial sistemin oturuşmasına xidmət etmiş mədəni institutlar - kilsə və müəyyən məktəblər bu prosesdə mühüm rol oynayıblar.

Bu məktəblərdə bu günə qədər, bəzi hallarda, hələ də "kolonizasiya bəzən faydalı idi" kimi ideyalar tədris olunur.

Kolonializmin "müsbət və mənfi tərəflərini" balanslaşdırmaq adı ilə onun vəhşiliyini və zorakılığını hələ də minimizə etməyə çalışırlar.

1960-cı ildə Konqo müstəqillik qazandıqda, Belçikada Koloniyalar Nazirliyi mövcud idi - o, koloniyanın idarə olunmasına cavabdeh idi.

Müstəqillik elan olunduğu gün bu qurum Xarici İşlər Nazirliyinə çevrildi, struktur, işçilər, idarəçilik isə eyni qaldı.

Yəni əslində, heç bir "dekolonizasiya prosesi" baş vermədi.

Heç bir anda "indi müstəmləkəçi düşüncə tərzinə yenidən baxmalıyıq" deyilmədi. Əksinə, bu nəzarət və hökmranlıq narrativləri daha da gücləndirildi.

Dərsliklər dəyişdirilmədi və nəticədə bu gün - 2025-ci ildə, yəni kolonizasiya bitdikdən 65 il sonra hələ də Belçikada vətəndaş cəmiyyəti və Afrika mənşəli icmalar bu tədris materiallarını və düşüncə tərzini dəyişdirməyə çalışır".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr