AZ

" Bu, Prezidentin tarixi-dini abidələrimizə, milli kimliyimizə, mənəvi dəyərlərimizə yüksək diqqətinin daha bir göstəricisidir"

Prezident İlham Əliyev Cəbrayıl rayonunun mərkəzində məscidin təməlqoyma mərasimində iştirak etdi.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı səsləndirdi.

"Bu gün çox sevindirici bir ki, Müzəffər Ali Baş Komandanın bilavasitə diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrimiz də bərpa olunur. Dini ibadət yerləri, məscidlər yalnız ibadət yerləri deyil, eyni zamanda torpaqların hansı xalqa və millətə mənsubluğunu bildirən dini abidələrdir.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə yeni məscidlər inşa olunur, köhnələri bərpa olunur. Bu, Prezident İlham Əliyevin tarixi-dini abidələrimizə, milli kimliyimizə, mənəvi dəyərlərimizə yüksək diqqətinin daha bir göstəricisidir".

Afət ZİYADQIZI

Seçilən
14
1
operativmm.az

2Mənbələr