"Əksər kənd rayonlarının seçicilərini narahat edən məsələlərdən biri vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqları ilə bağlıdır".
Redaktor.az xəbər verir ki, bu barədə deputat Azər Badamov parlamentin bugünkü plenar iclasında çıxışında bildirdi.
Onun sözlərinə görə, seçicilər müraciətlərdə pay torpağını bir neçə il dincə qoyandan sonra onun üzərinə bitmiş kol-kosdan təmizlənməsi problemi ilə qarşılaşdığını bildirirlər:
"Hətta mülkiyyətdəki torpaqda texniki yolla ağac yetişdirib, sonra da onu kəsib istifadə etmək də olmaz. Halbuki mülkiyyət sahibi torpağında yetişdirdiyi ağacın verməsiinə kifayət qədər zəhmət qoyur və o cəsarətlə öz istəyinə uyğun istifadə etmək haqqına malikdir ki, həm də torpaq sahibi mülkiyyətindəki torpağın üzərində yaşıllıq olub-olmamasına baxmayaraq bütün ərazinin vergisini verir. Amma ərazidən tam şəkildə istifadə edə bilmir.
Azərbaycan Respubilkası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndində "Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdxə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir" yazılmışdır. Amma digər qanunlarda isə vətəndaşın mülkiyyətində olan pay torpağında hətta özünün şəxsi istifadəsi üçün texniki yolla yetişdirdiyi ağacların kəsilməsi və ərazinin kol-kotdan təmizlxənməsi cinayət məsuliyyəti yaradır", - deyə deputat seçicilərin narazılığını çatdırıdı.
Aminə ŞAHSUVARQIZI