AZ

Sadəcə mavi rəsm 18,4 milyon avroya satıldı

Paris auksion evi Christie’s məşhur fransız rəssam İv Klyenin dörd metrlik “Kaliforniya” adlı rəsmini 18,4 milyon avroya satıb.

Musavat.com xəbər verir ki, əsər rəssamın yaratdığı və “International Klein Blue (IKB)” kimi tanınan xüsusi mavi piqmentlə çəkilmiş ən böyük işidir. “Kaliforniya” həm də Klyenin şəxsi ad daşıyan azsaylı əsərlərindən biri sayılır. Rəssam bu adı 1961-ci ildə əsəri ABŞ-ın Kaliforniya ştatında nümayiş etdirdikdən sonra verib.

Məşhur rəssam 1962-ci ildə, cəmi 34 yaşında dünyasını dəyişib. “Kaliforniya” əsəri uzun illər isveçrəli kolleksiyaçı Corc Marsinin şəxsi kolleksiyasında saxlanılıb.

Qeyd edək ki, bu yaxınlarda bir kolleksiyaçı təsadüfən Salvador Dalinin orijinal rəsmini cəmi 150 funt sterlinqə əldə etmişdi.

Musavat.com

Seçilən
2
50
musavat.com

10Mənbələr