Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaatmühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsiRəşid-Tağı Mirzəyev həm ölkə, həm də beynəlxalq səviyyədə“Brazilian Jiu-Jitsu” idman növü üzrə əldə etdiyi nailiyyətlərləfərqlənib.
Rəşid-Tağı Mirzəyev 2025-ci ildə keçirilən “AJP TOUR TURKEYNATIONAL JIU-JITSU CHAMPIONSHIP – GI & NO-GI” turnirində “Men’sNo-Gi/Blue/Amateur/62 kg” kateqoriyasında uğurla çıxış edib. O,həmçinin “Grappling” üzrə Respublika Birinciliyi və Çempionatındada dəfələrlə fəxri yerlərə layiq görülüb.
O, indiyədək qazandığı uğurlarla Azərbaycan idmanının inkişafınavə AzMİU-nun adının beynəlxalq arenada tanıdılmasına töhfəverib:
- 2 dəfə Respublika üzrə 1-ci yer,
- 2 dəfə Respublika üzrə 2-ci yer,
- 2 dəfə Bakı üzrə 3-cü yer,
- 2 dəfə Bakı üzrə 2-ci yer,
- 2 dəfə Bakı birinciliyi üzrə 2-ci yer,
- Assosiasiya kuboku – 2-ci yer.
2017-ci ildən “Brazilian Jiu-Jitsu” ilə məşğul olan Rəşid-TağıMirzəyev hazırda “Submachine Jiu-Jitsu” komandasının üzvüdür.Bundan əvvəl o, Cüdo idman növü ilə də məşğul olub.
Qeyd edək ki, AzMİU-da tələbələrin idmana marağının artırılması,sağlam həyat tərzinin təşviqi və fiziki hazırlığınıngücləndirilməsi üçün hər cür şərait yaradılıb. Universitetdə müasirİdman Kompleksi və müxtəlif idman klubları fəaliyyət göstərir,tələbələr arasında mütəmadi olaraq yarışlar və idman layihələritəşkil olunur.
