AZ

Nağd alınan telefonda niyə imei kodu müvəqqəti istifadə üçün yazılıb?Baku Electronicsdən alınıb

Baku Electronics mağazasından məhsul alan bir vətəndaş alış prosesi ilə bağlı sosial şəbəkələrdə narazılıq paylaşıb. AzPost həmin məlumata istinadla xəbər verir ki, alıcı sentyabr ayında nağd şəkildə aldığı məhsulun IMEI nömrəsini yoxlayarkən “Baku Electronics tərəfindən müvəqqəti istifadəyə verilib” qeydi ilə qarşılaşıb.

Vətəndaş bildirib ki, cihazı kreditlə deyil, tam ödənişlə aldığını baxmayaraq, sistemdə “müvəqqəti” statusu göstərilib. Onun sözlərinə görə, məsələ ilə bağlı mağazaya sentyabr ayından bəri dəfələrlə müraciət edib, lakin cavab almaqda çətinlik çəkib.

“Mənə hər dəfə ‘IMEI nömrəsini göndərin, yoxlanış aparaq’ deyirlər. Artıq iki aydır ki, eyni sözlər təkrarlanır, amma məsələ həll olunmur,” – deyə vətəndaş qeyd edib.

Məsələ ictimailəşdikdən sonra Baku Electronics rəsmi açıqlama yayaraq yaranan vəziyyətə münasibət bildirib. Şirkətin cavabında deyilir: “Hörmətli müştəri, qarşılaşdığınız hal ilə bağlı təəssüf hissi keçiririk. Qeyd etdiyiniz məsələ üzrə müraciətiniz qeydə alınıb və araşdırılır. Qısa zaman ərzində araşdırma yekunlaşdırılaraq sizə məlumat təqdim ediləcək. Hal-hazırda telefonunuzun istifadəsində hər hansı məhdudiyyət yoxdur. Anlayışınız üçün təşəkkür edirik.”

Şirkət bildirir ki, araşdırma prosesi davam edir və müştərinin istifadəsində hər hansı texniki məhdudiyyət yoxdur.

AzPost.az

Seçilən
4
1
azpost.info

2Mənbələr