Bakı. Trend:
Bolqarıstanda təbii qaz tədarükü mənbələrininşaxələndirilməsində Azərbaycanın rolu və Cənub-Şərqi Avropanınenerji təhlükəsizliyinin möhkəmləndirilməsində onun əhəmiyyətivurğulanıb.
Trend xəbər verirki, Sofiyada Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclasıçərçivəsində keçirilən B2B görüşləri ilə müşayiət olunanBolqarıstan-Azərbaycan biznes forumunda çıxış edən Bolqarıstanenergetika nazirinin müavini İva Petrova forumun ikitərəfliəlaqələrin möhkəmləndirilməsi üçün daha bir imkan yaratdığınıdiqqətə çatdırıb.
“Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə HökumətlərarasıKomissiyanın 7-ci iclası çərçivəsində formalaşmış əməkdaşlıq ruhuvə səmərəli müzakirələr indi bu formatda davam edir. Azərbaycanlastrateji əməkdaşlığımız yeni mərhələyə qədəm qoyub”, - deyə Petrovabildirib.
Nazir müavini qeyd edib ki, enerji sektoru iki ölkə arasındasəmərəli əməkdaşlığın prioritet istiqaməti olaraq qalır.
Bolqarıstanın Kiçik və Orta Biznesə Dəstək Agentliyinin (BSMEPA)icraçı direktoru Boyko Takov isə sənaye avadanlıqları və texnikası,mühəndislik həlləri, qida və kənd təsərrüfatı emalıtexnologiyaları, əczaçılıq, kosmetika və istehlak malları,logistika və nəqliyyat, həmçinin informasiya texnologiyaları vərəqəmsal keçid kimi digər perspektivli əməkdaşlıq sahələrini dəvurğulayıb.
“Bizim ümumi məqsədimiz əlaqələri ticarətdən tərəfdaşlığa,idxal-ixracdan birgə investisiyalara, innovasiyalara və dəyəryaradılmasına doğru inkişaf etdirməkdir”,- deyə Takov əlavəedib.
Forumda 80 Bolqarıstan və 25 Azərbaycan şirkətinin nümayəndələriiştirak ediblər.
Qeyd edək ki, Bolqarıstan Azərbaycan qazını ötürücülükqabiliyyəti illik 3 milyard kubmetr olan Yunanıstan–Bolqarıstaninterkonnektoru (IGB) vasitəsilə idxal edir.