AZ

Türk Fondunun prezidenti Bakıda konfransda çıxış etdi – FOTO

Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” adlı beynəlxalq parlament konfransı keçirilib.

Doğru.az xəbər verir ki, tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək Azərbaycan xalqını və dövlətini Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə təbrik edib.

O bildirib ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkədə sabitliyin, qanunun aliliyinin və insan hüquqlarının təminatının möhkəm təməlini yaradıb. Aktotı Raimkulova vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşan bu hüquqi sənəd Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində daha da güclənib.

Fond rəhbəri həmçinin Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin rəmzi məna daşıdığını, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasını və konstitusiya prinsiplərinin artıq Qarabağ və Şərqi Zəngəzurda da tətbiq edilməsini qürurverici hadisə kimi dəyərləndirib.

Tədbirə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova rəhbərlik edib. Qazaxıstan, Türkiyə, Özbəkistan, BƏƏ, Belarus, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Serbiya və Tacikistandan olan nümayəndələr konstitusiyaların dövlətlərin suverenliyi və müstəqilliyi üçün əhəmiyyətini vurğulayıblar.

Konfrans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

DOĞRU.AZ

image-img-20251031-wa0035 image-img-20251031-wa0037 image-img-20251031-wa0036 image-img-20251031-wa0040 image-img-20251031-wa0039 image-img-20251031-wa0038 image-img-20251031-wa0043 image-img-20251031-wa0041 image-img-20251031-wa0044

Seçilən
15
1
dogru.az

2Mənbələr