AZ

Qraparak: Ermənistan kilsə rəhbərliyi hökumətə qarşı müqavimət tədbirləri görməyə başlayıb...

Nəşr yazır ki, Etchmiədzin rəhbərliyi Ovanavanq məbədində baş verən hadisələrdən sonra sərt bəyanatla çıxış edib və məsələni prokurorluğa çatdırıb...

Poliqon xəbər verir ki, Ermənistanın “Qraparak” qəzeti yüksək rütbəli ruhanilərin hökumətə qarşı daha sərt mövqe tutmağa və müəyyən “kontr-tədbirlər” həyata keçirməyə qərar verdiyini yazıb. Nəşrin məlumatına görə, bu mövqe “səni vururlarsa, digər yanağını çevir” prinsipi ilə səciyyələnən əvvəlki mötədil xristian yanaşmasından fərqli olaraq, kilsənin özünümüdafiə xəttinə keçdiyini göstərir.

Məqalədə bildirilir ki, keçən bazar günü Ovanavanq məbədində baş vermiş “saxta liturgiya” və dini rütbədən məhrum edilmiş keşiş Stepan Asatryanın məbədə nəzarəti ələ keçirməsindən sonra hadisə ilə bağlı rəsmi müraciət hazırlanıb. Dünən isə Bütün Ermənistan Katolikosluğu – Birinci Taxt Eçmiədzin məsələ ilə bağlı kəskin bəyanat yayıb.

Qəzet yazır ki, Katolikosu bu məsələdə aktiv addım atmağa razı salmaq üçün bir neçə gün tələb olunub. Nəticədə, hüquqşünas Ara Zoqrabyan Eçmiədzin rəhbərliyinin tapşırığı ilə məsələni prokurorluğa təqdim edib. Zoqrabyan həmçinin “dini mərasimin keçirilməsinə maneələrin qarşısının alınması” və “məbədin qanunsuz zəbtinin dayandırılması” barədə ayrıca müraciət göndərib.

Hüquqşünas Ovanavanq kilsəsinin yalnız rəsmi ruhanilərə məxsus olduğunu qeyd edərək, Stepan Asatryanın oradan qovulmasını tələb edib. Eçmiədzin rəhbərliyi isə dünənki açıqlamasında bildirib ki, “Ovanavanqda dini ayin adı ilə həyata keçirilən hərəkətlər müqəddəsliyə təhqirdir” və məbəd “yenidən təqdis edilməlidir”.

Ekspertlər hesab edirlər ki, bu hadisə Ermənistan kilsəsi ilə hökumət arasında gərginliyin yeni mərhələyə keçdiyindən xəbər verir və yaxın günlərdə münasibətlərin daha da kəskinləşməsi istisna olunmur.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr