AZ

ADPU-nun Quba filialının kollektivi şəhid Miqdad Abduləlimovun ailəsini ziyarət edib - FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllim və tələbə heyəti Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun xatirəsini ehtiramla yad edib və ailəsini ziyarət edib.

QHT.az xəbər verir ki, bu barədə “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu, igidliyi və vətənpərvərliyi haqqında danışılıb, onun qəhrəmanlığının xalqımız üçün daim qürur mənbəyi olduğu vurğulanıb.

Filialın rəhbəri Yusif Alıyev şəhidin valideynlərinə minnətdarlığını bildirərək, igid övlad yetişdirdiklərinə görə təşəkkür edib.

Tünzalə Abduləlimova göstərilən diqqətə görə universitet kollektivinə təşəkkür edərək qeyd edib:

“Bu gün mənim üçün şəhid anası kimi xüsusi bir gün oldu. Göstərilən hörmət və ehtiram bizi qürurlandırdı. Başınız hər zaman uca olsun.”

Seçilən
12
qht.az

1Mənbələr