Bakı, 31 oktyabr, AZƏRTAC
Burundililər əvvəllər bugünkü Avropa üslubunda geyinmirdilər. Bu geyimlər Avropadan gətirilib. Avropada geyimlər ağac və heyvan dərilərindən hazırlanırdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri SHINE (İnteqrasiya, Qonşuluq və Bərabərlik) Təşkilatının təsisçisi və icraçı direktoru burundili Jan-Mari Nibizi Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı söyləyib.
O bildirib ki, avropalılar, həmçinin "Samandari" adlandırdığımız mədəniyyət nümunələrini məhv ediblər. Samandari həqiqətən möhtəşəm idi.
Bu gün də kolonializmin təsirləri qalır. Biz öz ənənəvi nağıllarımızı uşaqlarımıza danışmırıq, onların yerinə Avropa nağıllarını öyrədirik.
“Bundan əlavə, qədim əşyalar oğurlanıb. Burundi 10 min qədim əşyanın geri qaytarılmasını tələb edir. Dini abidələr də dağıdılıb, çünki bütün qədim yazılar məhv edilmişdi”, - deyə Jan-Mari Nibizi vurğulayıb.