AZ

Milli Məclisdə bu qadağa LƏĞV OLUNDU

“Milli Məclisdə jurnalistlər üçün telefon qadağası ləğv edildi! Bu qərara görə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yeni rəhbərliyinə, bu məsələdə daim jurnalistlərin probleminin həllinə çalışan Milli Məclis rəhbərliyinə, spiker Sahiba Qafarovaya minnətdaram”.

Musavat.com xəbər verir ki, bunu Əməkdar jurnalist Mahir Məmmədli yazıb.

Xatırladaq ki, bir müddət öncə Mahir Məmmədli sosial media hesabında qeyd edib ki, Milli Məclisdə jurnalistlərin smartfon tipli telefonlardan istifadəsinə qadağa qoyulub.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qayıbov səslənən irada belə cavab vermişdi:

“Milli Məclisə daxil olarkən jurnalistlərdən telefonların alınması Milli Məclisin yox, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin qərarıdır. Milli Məclisdə jurnalistlərin fəaiiyyəti üçün hər bir şərait yaradılıb. Onlar üçün telefon, faks, televizor da quraşdırılıb. Onların noutbuk və telefonla Milli Məclisə daxil olmasına icazə verilmir. Amma Milli Məclisə daxil olarkən nələrin içəri keçirilməsinə icazə verilməsi Milli Məclisin qərarı deyil. Milli Məclis qorunan binadır. Buna da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzarət edir. Bu gün onlar bu qaydanın belə olmasını istəyir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr