AZ

Anne Vetsi Mpoma: Bu gün bəzi Konqo məktəblərində hələ də kolonizasiyanın “faydaları” vurğulanır

Bakı, 31 oktyabr, AZƏRTAC

Bütün təhsil sistemi və kilsə təsirləri nəticədə aşağılıq hissi yaratmaq və kolonizasiyanı möhkəmləndirmək üçün istifadə olunub. Hətta bu gün bəzi məktəblərdə hələ də kolonizasiyanın “faydaları” vurğulanır, onun mənfi tərəfləri isə minimal şəkildə göstərilir, rejimin zorakılığı və vəhşiliyi isə əhəmiyyətsizləşdirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Wetsi Art Gallery"nin təsisçisi və direktoru Anne Vetsi Mpoma Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

O bildirib ki, 1960-cı ildə Konqo müstəqillik qazananda Belçikada koloniyaları idarə edən nazirlik bir anda Xarici İşlər Nazirliyinə çevrildi. Bütün əməkdaşlar və struktur qorundu. Faktiki olaraq dekolonizasiya işləri aparılmadı. Müstəqilliyə baxmayaraq, hegemonik hekayələr dəyişdirilmədi, əksinə, gücləndi, məktəb dərslikləri yenilənmədi.

Bu gün – 2025-ci ildə kolonizasiyanın sona çatmasından 65 il keçməsinə baxmayaraq, Belçikada afrodilli insanlar, təşkilatlar və vətəndaş hüquqları müdafiəçiləri hələ də bu tarixi hekayələri dəyişdirmək və kolonial təhrifləri aradan qaldırmaq üçün çalışırlar.

Seçilən
16
2
azertag.az

3Mənbələr