AZ

"Bilim Azərbaycan" layihəsi çərçivəsində 80 tələbə məzun oldu

BAKI, 31 oktyabr. TELEQRAF

Bakıda "Bilim Azərbaycan" layihəsi çərçivəsində "Bilim Bakı" Mərkəzinin "Deneyap l Məzun Günü" adlı tədbir baş tutub.

Teleqraf xəbər verir ki, TEXNOFEST-in Azərbaycan üzrə direktoru Ahmet Köse "Bir millət, iki dövlət" prinsipi ilə ölkəmiz arasında qardaşlıq münasibətinin davam etdiyini vurğulayıb: "Deneyap l Məzun Günü"iki il ərzində təhsil verdiyimiz 80 tələbə məzun oldu. Onlar gələcəyin mütəxəssisləri olacaqlar və qlobal və beynəlxalq dünyada tanınacaqlar".

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalarüzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vurğulayıb ki, "Bilim Azərbaycan" layihəsi təhsil sahəsində öz töhfəsini verir.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün bildirib ki, Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan və Azərbaycan Prezidenti İlham Əliyev "Bilim Bakı" Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.

Diplomat vurğulayıb ki, çağdaş texnologiyanının inkişafında "Bilim Bakı" Mərkəzinin fəaliyyəti danılmazdır və bu sahənin inkişafına töhfə verir.

Seçilən
21
teleqraf.com

1Mənbələr