AZ

InvestAZ və Naxçıvan Dövlət Universiteti maliyyə bazarları üzrə praktik seminar təşkil etdi (FOTO)

Bakı. Trend:

Maliyyə savadlılığının artırılması və gənclərininvestisiya bazarına inteqrasiyasını təşviq etmək məqsədilə“Invest-AZ İnvestisiya Şirkəti” QSC və Naxçıvan Dövlət Universitetibirgə seminar təşkil edib.

Seminarın açılışında NDU-nun rektor müşaviriÜlvi Baxışlı çıxış edərək qeyd edib ki, bu cürtəşəbbüslər gənc iqtisadçıların və analitiklərin real bazarmexanizmlərini öyrənməsinə, gələcəkdə investisiya mühitində dahapeşəkar qərarlar verməsinə şərait yaradır. Açılış nitqi ilə çıxışedərək tədbirin əsas məqsədinin tələbələri maliyyə bazarlarının işprinsipləri, investisiya imkanları və analitik yanaşmalar barədəmaarifləndirmək olduğunu vurğulayıb.

InvestAZ şirkətinin tədris üzrə baş mütəxəssisi,iqtisad üzrə fəlsəfə doktoru Rövşən Məmmədov“Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar”adlı təqdimatında real bazar nümunələri əsasında qiymətlikağızlarla əməliyyatların analitik aspektlərinə toxunub. O,həmçinin risklərin idarə olunması və portfel diversifikasiyası kimianlayışların investor davranışına təsirini izah edib.

Şirkətin maliyyə məsləhətçisi RəşadMustafayev isə “Bitcoin haqqında məlumat” mövzusunda çıxışedərək kriptovalyuta bazarının dinamikası, texnoloji infrastrukturuvə rəqəmsal aktivlərin iqtisadiyyatdakı artan rolundan danışıb.

Seminar zamanı maliyyə bazarlarının funksionalprinsiplərini əks etdirən təqdimatlar nümayiş olunub, tələbələrinçoxsaylı sualları cavablandırılıb. Tədbir iştirakçıları bu formatıngələcəkdə region universitetlərində də davam etdirilməsininəhəmiyyətini vurğulayıblar.

InvestAZ
InvestAZ
InvestAZ
InvestAZ
InvestAZ
Məqalədə:
Seçilən
21
6
az.trend.az

7Mənbələr