AZ

Türkiyə və Azərbaycan arasında müəyyənləşdirilən ticarət hədəfinə asanlıqla çata bilərik - İSO rəhbəri

Türkiyə və Azərbaycan liderləri tərəfindən müəyyənləşdirilən 15 milyard dollarlıq ticarət hədəfinə asanlıqla çatacağımıza inanıram.

Day.Az xəbər verir ki, bunu İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvan Türkiyə iş adamlarının Bakıda keçirilən biznes görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Hətta qarşılıqlı investisiyalar və üçüncü ölkələrə yönəlmiş ortaq strategiyalarla bu rəqəmin çox daha yüksək səviyyələrə qalxması mümkündür. Bu baxımdan türk sənayeçiləri və investorları regionda yaranan fürsətləri düzgün dəyərləndirməlidirlər", - o bildirib.

Seçilən
10
2
day.az

3Mənbələr