AZ

Özbəkistan və Pakistan multimodal nəqliyyatın inkişafını müzakirə edib

BAKI, 31 oktyabr. TELEQRAF

Özbəkistan Dəmir Yolları Şirkəti və Pakistanın “SLG Trax Group Limited” Şirkəti arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan və Pakistan arasında multimodal daşımaların inkişafı, logistik potensialın artırılması, regional tranzit əməkdaşlığının genişləndirilməsi ətraflı müzakirə olunub.

Danışıqlar zamanı tərəflər Özbəkistan-Əfqanıstan-Pakistan nəqliyyat dəhlizinin potensialını qiymətləndirib, yeni yük axınlarının cəlb edilməsi, konteyner qatarlarının buraxılması, logistik xidmətlərin optimallaşdırılması, rəqabətqabiliyyətli daşıma qiymətlərinin inkişafı məsələlərini nəzərdən keçirib. Həmçinin yükdaşımaların fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı praktiki fikir mübadiləsi aparılıb.

Tərəflər regionun strateji əhəmiyyətini, Cənubi Asiya bazarına çıxış imkanlarını, Özbəkistanın logistika mərkəzi kimi üstünlüklərini qeyd ediblər. Üçüncü ölkələr vasitəsilə multimodal xidmətlərin inkişafı və bununla bağlı vahid yanaşmaların formalaşdırılması barədə razılıq əldə olunub.

Seçilən
14
teleqraf.com

1Mənbələr