AZ

Vaşinqtonu Lavrov qəzəbləndirib – FT

ABŞ sentyabrda BMT Baş Assambleyası çərçivəsində dövlət katibi Marko Rubio ilə qısa görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “barışmazlığından” şoka düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır.

Vəziyyətlə tanış olan mənbələr nəşrə bildiriblər ki, rusiyalı nazirin Ukraynadakı münaqişə ilə bağlı “güzəştsiz” bəyanatları Amerika tərəfində Moskva ilə nizamlanma danışıqlarının məhsuldarlığına şübhələr yaradıb.

Bundan başqa, Vaşinqton oktyabrın ortalarında Rubio və Lavrov arasında “gərgin” telefon danışığından sonra ABŞ və Rusiya prezidentləri keçiriləcək sammiti təxirə salmaq qərarına gəlib.

FT-nin məlumatına görə, Rubio söhbətdən sonra Trampa Moskvanın danışıqlara hazır olmadığını bildirib. Mənbənin sözlərinə görə, ABŞ prezidenti “onların [Rusiyanın] mövqeyindən mütəəsir olmayıb”.

“Bloomberg” bundan öncə xəbər vermişdi ki, məhz Rubionun fikri Trampın Ağ Evə qayıtdıqdan sonra ilk dəfə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarında əsas amil olub.

Xatirə SADİQ

Seçilən
15
nocomment.az

1Mənbələr