AZ

Alonso ulduz futbolçunu göndərir

“Real Madrid”in baş məşqçisi Xabi Alonso “Fənərbaxça” ilə adı hallanan Endrikin klubdan getməsinə razılıq verə bilər. Metbuat.az xəbər verir ki, məşqçi futbolçunun icarəyə göndərilməsinə qarşı deyil. AS qəzetinin məlumatına görə, Alonso Endrikin çıxışından narazıdır və futbolçu bacarıqlarını nümayiş etdirə bilməsə mövsümün ortasında icarəyə göndəriləcək. Gənc ulduzun prioriteti İspaniyanı tərk edib xarici kluba transfer olmaqdır. Endrikin Avropa kubokunda və Çempionlar Liqasında yarışan komandaya qoşulmaq istədiyi bildirilir. Bu, onun 2026-cı il Dünya Kuboku üçün Braziliya millisinə seçilmək şansını artıracaq.

Məlumata görə, “Real” Endriki yarım mövsüm icarəyə götürmək istəyən klubdan 4,5 milyon avro tələb edib. Həmçinin icarəyə götürən klub futbolçunun maaşının yarısını ödəməlidir. Bir sıra Avropa klubları futbolçunun xidmətində maraqlıdır.

Seçilən
15
1
metbuat.az

2Mənbələr