AZ

Bakı-Sumqayıt qatarına daş atılıb, şüşə sınıb

Bakı. Trend:

Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edənsərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daşatılıb.

Trend ADY-yəistinadən xəbər verir ki, nəticədə qatarın içində sərnişinlərinolduğu 2-ci vaqonunun pəncərələrindən biri sınıb.

Qeyd olunub ki, bu ilin yanvar-sentyabr aylarında ADY-ninqatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

Xatırladırıq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlərmüvafiq qaydada tapılır və qanunvericilik əsasındacəzalandırılırlar.

ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa,təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır.

Məqalədə:
Seçilən
9
11
az.trend.az

10Mənbələr