AZ

Nyu-Yorkda leysan yağışları ilə əlaqədar 2 nəfər həlak olub

Bakı. Trend:

Ötən gün Nyu-Yorka düşən leysan yağışı azı 2 nəfərin həyatınason qoyub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Qurbanlar aramsız yağışdan sonra su basmış zirzəmilərdən çıxabilməyərək həlak olublar.

“Bu gün iki Nyu-York sakini leysan nəticəsində həlak olub”, -deyə şəhərin meri Erik Adams öz rəsmi “X” səhifəsində yazıb.

O, sakinlərin fövqəladə vəziyyətlərə düzgün reaksiyası üzrətəlimlərin keçirilməsi ilə bağlı əlavə tədbirlərin görüləcəyiniəlavə edib.

Mer eyni zamanda dolayı yolla yerli meteoroloji proqnozsistemində nöqsanların olduğunu etiraf edib.

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr