Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin təsisçisi olduğu qurum bağlanıb.
Ölkə.Az xəbər verir ki, bu barədə onun təsisçisi olduğu Sənətşünaslığın Təbliği İctimai Birliyi fəaliyyətini dayandırıb.
Qeyri-dövlət qurumunun fəaliyyətini dayandırmasının Z.Əliyevin vəfatı ilə əlaqədar olduğu bildirilib.
Qeyd edək ki, Z.Əliyev 1948-ci il iyulun 1-də Şəmkirdə anadan olub. 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür.
Z.Əliyev Sənətşünaslığın Təbliği İctimai Birliyini (qeyri-hökumət təşkilatı) 2017-ci ildə təsis edib.
Sənətşünas 16 mart 2025-ci ildə 76 yaşında vəfat edib.
Billurə