AZ

Avronest Parlament Assambleyası Cənubi Qaz Dəhlizinin modernləşdirilməsinin davam etdirilməsini dəstəkləyir

Bakı. Trend:

Avronest Parlament Assambleyası Cənub Qaz Dəhlizinin davamlıinkişaf prinsiplərinə uyğun şəkildə daha da modernləşdirilməsini,həmçinin bərpa olunan enerji mənbələri infrastrukturunun inkişafınıdəstəkləyir.

Trend xəbər verirki, bu barədə Avronest Parlament Assambleyasının Avropa İttifaqı və“Şərq Tərəfdaşlığı” ölkələri arasında azad ticarət, əməkdaşlıq vəinvestisiyaların təşviqi ilə bağlı qətnaməsində qeyd olunub.

“Avronest Azərbaycanı Avropa və Asiya arasında enerji vənəqliyyat əlaqələrinin regional mərkəzi kimi strateji əhəmiyyətəmalik ölkə kimi tanıyır və vurğulayır ki, Aİ ilə əməkdaşlıq ümumiprioritetlərin- enerji təhlükəsizliyi və şaxələndirmənin - həyatakeçirilməsinə xidmət etməlidir”.

Sənəddə qeyd olunur ki, Avronest Assambleyası Qara dəniz “yaşılenerji dəhlizi"nin, eləcə də Xəzəryanı rəqəmsal və nəqliyyatəlaqələrinin genişləndirilməsi istiqamətində birgə səyləringöstərilməsinə çağırır. Bu isə elektrik enerjisinin etibarlıötürülməsinə, rəqəmsal məlumatların davamlılığına və regionalticarətin asanlaşdırılmasına töhfə verəcək.

Qeyd edilir ki, “Global Gateway” təşəbbüsü çərçivəsində bütünəməkdaşlıq şəffaflıq, səmərəlilik və yaxşı idarəçilik prinsiplərinəəsaslanmalı, regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmətetməlidir.

Məqalədə:
Seçilən
14
1
az.trend.az

2Mənbələr