Hindistanın müdafiə naziri Racnatx Sinq və Pentaqonun rəhbəri Pit Hegset 10 illik ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalayıblar. Bu barədə ABŞ müdafiə naziri məlumat verib.
Hegsetin sözlərinə görə, ölkələr “koordinasiyanı, məlumat mübadiləsini və texniki əməkdaşlığı” gücləndirirlər. Pentaqon rəhbəri vurğulayıb ki, Nyu-Dehli və Vaşinqton arasında hərbi əlaqələr heç vaxt bu qədər möhkəm olmayıb.
“Mən az əvvəl Sinq ilə ABŞ və Hindistan arasında 10 illik müdafiə sazişini imzaladım. Bu sənəd bizim müdafiə tərəfdaşlığımızı möhkəmləndirir və regional sabitliklə qarşısının alınmasının əsas dayağıdır,” — deyə Hegset “X” sosial şəbəkəsində yazıb.
“Reuters” agentliyinin məlumatına görə, ASEAN müdafiə nazirlərinin görüşü çərçivəsində baş tutan bu görüş müsbət nəticələr verə və gələcəkdə Sinqin Vaşinqtona, yaxud Hegsetin Nyu-Dehliyə səfəri üçün imkanlar aça bilər.
