BAKI, 31 oktyabr. TELEQRAF
"Konqo Demokratik Respublikasının inkişafı və güclənməsi bütün Afrika qitəsi üçün oyanış və yeni dövrün başlanğıcı olacaq".
Teleqraf xəbər verir ki, bu barədə Fransanın "Musulmans en France" xəbər portalının təsisçisi və baş redaktoru Jan-Mişel Brun oktyabrın 31-də Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, Konqo həm strateji coğrafi mövqeyi, həm də zəngin yeraltı sərvətləri ilə Afrika qitəsində xüsusi əhəmiyyətə malikdir:
“Məhz bu səbəbdən ölkə tarixboyu müstəmləkəçilik siyasətinin hədəfinə çevrilib. Konqonun tərəqqisi yalnız bir dövlətin uğuru deyil, bütün qitənin yenidən dirçəlişinin rəmzidir. Yeni nəsil bu dəyişimin aparıcı qüvvəsinə çevrilməyə hazırdır. Konqonun dirçəlişi Afrikanın oyanışının göstəricisi olacaq”.
.jpg) 
                        