31 oktyabr 2025-ci il tarixində dünya kripto bazarında əsas koinlərin qiymətində nisbətən sabitlik müşahidə olunub.
Finss.az xəbər verir ki, Bitcoin (BTC) 24 saat ərzində cüzi dəyişmə ilə təxminən 109 578 ABŞ dolları səviyyəsində ticarət olunub. Ethereum (ETH) zəif artım göstərərək təxminən 4 010 ABŞ dolları civarında qiymətləndirilib.
Digər əsas kripto aktivlərin qiymətləri belə olub:
- BNB: 1 135 USD
- Solana (SOL): 201 USD
- XRP: 2,63 USD
Ümumi kripto bazar kapitalizasiyası isə 3,94 trilyon ABŞ dolları səviyyəsində stabilliyini qoruyub.
 
                        