AZ

5 rayonda icra başçısı vəzifəsi boşdur - ADLAR

DTX-nın korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirdiyi əməliyyat çərçivəsində saxladığı İslam Rzayev ötən gün rəsmi olaraq vəzifəsindən azad edilib.

Modern.az-ın məlumatına görə, bununla da icra başçısı vəzifəsi boş qalan rayonların sayı 5-ə çatıb.

İcra başçısı olmayan digər rayonlar aşağıdakılardır:

Nəsimi rayonu - Sonuncu icra başçısı Asif Əsgərov deputat seçildikdən sonra yerinə təyinat olmayıb.

Culfa rayonu - Siyam Hacıyevin 2023-cü ildə vəzifəsindən azad edilməsindən vəzifə boşdur.

Qax rayonu - DTX-nin yayda keçirdiyi nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyevin də yerinə təyinat baş tutmayıb.

Ağdərə rayonu - Rayon 2023-cü ildə yenidən təşkil edilsə, hələ də icra başçısı təyin olunmayıb.

Elnur Əmirov

Seçilən
1
modern.az

1Mənbələr