AZ

Siranuş Saakyan: “Ruben Vardanyanın bəyanatı ciddi hüquqi əhəmiyyət daşıyır”- ÖZƏL

Olaylar.az xəbər verir ki, Erməni əsirlərin Avropa Məhkəməsində maraqlarını müdafiə edən hüquqşünas Siranuş Saakyan bildirib ki, Ruben Vardanyanın vəkildən imtina etməsi barədə açıqlaması mühüm hüquqi məna kəsb edir. Onun sözlərinə görə, Vardanyan ailəsinin təmin etdiyi vəkildən peşəkar çatışmazlığa görə deyil, onunla birbaşa ünsiyyətin, sənəd mübadiləsinin və materiallarla sərbəst tanışlığın mümkün olmaması səbəbindən imtina edib. Saakyan deyib ki, Vardanyanın hələ də ittiham aktını əldə etməməsi və iş üzrə 422 cildlik materialları, o cümlədən audio və video faylları araşdırmaq imkanının olmaması prosessual baxımdan absurd vəziyyət yaradır. Hüquq müdafiəçisi qeyd edib ki, Vardanyanın gətirdiyi arqumentlər təkcə ona qarşı deyil, digər ermənilərlə bağlı aparılan "məhkəmə prosesinin" də ədalətsiz olduğunu göstərir:
"Ən elementar müdafiə imkanlarının olmaması bütün prosesi ədalətsiz edir. Şəxs iş materialları ilə tanış deyilsə, vəsatət də verə bilmir. Bu isə tərəflərin bərabərliyi və prosesin rəqabət prinsiplərini tam pozur. On aylıq bu məhdudiyyətlərlə davam edən proses ədalətli sayıla bilməz və biz məsələni beynəlxalq təşkilatların diqqətinə çatdırırıq."
Saakyanın sözlərinə görə, Vardanyana təyin olunan yeni dövlət müdafiəçisi də formal xarakter daşıyır. O iddia edir ki, yeni vəkilə iş materialları ilə heç olmasa qısa tanışlıq üçün əlavə vaxt belə verilməyib və növbəti məhkəmə iclası əvvəlki kimi eyni periodikliklə təyin olunub.
Hüquqşünas əlavə edib ki, ekspertlər yeni təyin olunan müdafiəçinin "açıq erməniofob mövqeyə" malik olduğunu bildiriblər:
"Belə şəraitdə onun real müdafiədən danışması mümkün deyil. O, sadəcə prokurorluğun bir uzantısına çevriləcək," - Saakyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr