AZ

Kaya Kallas Aİ-də hakimiyyət uğrunda mübarizədə Ursula fon der Lyayenə uduzub

Avropa Komissiyasının rəhbəri ilə Estoniya baş naziri arasında gərginlik Martin Zelmayerin təyinatı məsələsindən sonra kəskinləşib...

Poliqon xəbər verir ki, Almaniyanın Die Welt qəzeti Avropa İttifaqı daxilində baş verən son siyasi qarşıdurma barədə mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Estoniyanın baş naziri Kaya Kallas Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə Avropa İttifaqı rəhbər strukturlarında təsir uğrunda aparılan qeyri-rəsmi mübarizədə məğlub olub.

Qəzet yazır ki, iki siyasətçi arasındakı qarşıdurmaya Kallasın Martin Zelmayerin Avropa Xarici Fəaliyyət Xidmətinin baş direktor müavini vəzifəsinə təyin edilməsini təklif etməsi səbəb olub. Ursula fon der Lyayen bu ideyanı “siyasi təxribat” kimi qiymətləndirib, çünki Zelmayer onun açıq opponentlərindən biri sayılır.

Die Weltin diplomatik mənbələri bildiriblər ki, Avropa İttifaqının heç bir üzv dövləti Kallasın bu təşəbbüsünü dəstəkləməyib. Bu isə Estoniya hökumət başçısının Brüsseldəki nüfuzuna ciddi zərbə vurub və fon der Lyayenin təsir dairəsini daha da gücləndirib.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr