Xaçmaz rayonunda ağır qətl hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, rayon sakini, 42 yaşlı Həqiqət Tərlan qızı Məmmədova kəsici alətlə qətlə yetirilib.
Hadisə ilə bağlı Xaçmaz polisi tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta
 
                        