AZ

Bakıdakı müğənni qəzada öldü - FOTO

Ötən gecə paytaxtda baş verən ağır yol qəzasında dünyasını dəyişən qadının tanınmış müğənni olduğu məlum olub.

Milli.Az xəbər verir ki, hadisə Dövlət Bayrağı Meydanının yaxınlığında qeydə alınıb. 2002-ci il təvəllüdlü S. Mehdizadənin idarə etdiyi "Hyundai Elantra" markalı avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundovanı vurub. Qadın hadisə yerində həyatını itirib.

Məlum olub ki, 37 yaşlı Vlada Axundova musiqi sahəsində tanınan ifaçı olub. O, müxtəlif musiqi müsabiqələrində və "Səs Azərbaycan" yarışmasında iştirak edib.

Qəza ilə bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır./Qafqazinfo

Milli.Az

Seçilən
6
8
milli.az

9Mənbələr