Olaylar.az xəbər verir ki, UPI-ın yazdığına görə, bu heyvanlar həm elmi maraq, həm də humanitar qayğının mərkəzinə çevrilib.
 Bu itlərin bir çoxunun qeyri-adi mavi-çalarlı xəzə sahib olması diqqəti cəlb edir. "Clean Futures Fund" təşkilatı bir neçə ildir ki, onların xilası, müalicəsi və sterilizasiyası ilə məşğul olur, eyni zamanda radiasiyanın onların zahiri görünüşü və genlərinə necə təsir etdiyini araşdırır.
1986-cı ildəki qəzadan sonra on minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb və ev heyvanlarını da geridə qoyub. Qadağan olunmuş zonada sağ qalan itlər, sərt şərtlərə uyğunlaşmış bir populyasiya formalaşdırıb. Onlar tərk edilmiş binaların və köhnə enerji obyektlərinin yaxınlığında yaşayır, turistlər və işçilər tərəfindən qoyulan qida qalıqları ilə qidalanırlar.
Alimlər ehtimal edirlər ki, onların xəzindəki mavi çalarlar ya radiasiyanın təsiri ilə yaranan mutasiyalar, ya da təcrid olunmuş populyasiyada təsbit olunmuş genetik xüsusiyyətlərlə əlaqəli ola bilər. Bu itlərin tədqiq edilməsi uzun müddətli radiasiya təsirinin canlı orqanizmlərə nəinki zahiri görünüş, həm də hüceyrə strukturları səviyyəsində necə təsir etdiyini anlamağa kömək edir.
 Artıq alimlər bu heyvanların adi itlərdən nə dərəcədə fərqləndiyini müəyyən etmək üçün qan və toxuma nümunələri götürərək DNT analizlərinə başlayıblar.
Fondun nümayəndələrinin sözlərinə görə, onlar yalnız elmi cavablar axtarmır, həm də bu heyvanların təhlükəsizliyini və qayğısını təmin etməyə çalışırlar - bu, peyvəndlər, qidalanma və mümkün olduqda, qadağan olunmuş zonadan kənarda yeni ev tapmaq deməkdir.
 
                        