AZ

“Moskva” univermağının binasında qanunsuz təmir işləri aparılıb

Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsindəyerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətlimemarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş “Moskva”univermağının binasına baxış keçirilən zaman qanunsuz təmirişlərinin aparıldığı aşkar edilib.

Baxış zamanı “Tarix və mədəniyyət abidələrinin qorunmasıhaqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildəpozularaq, layihəsi razılaşdırılmadan genişmiqyaslı təmir vəsöküntü işlərinin aparıldığı müəyyən edilib. Abidənin arakəsmədivarları sökülüb, pilləkən hissəsində ağır dəmir konstruksiyaquraşdırılaraq əlavə sahə yaradılıb, döşəməyə beton tökülüb,ticarət zalında dəmir konstruksiyalar vasitəsilə əlavə mağazalarinşa edilib.

Qanunvericiliyin tələbləri pozulmaqla həyata keçiriləntəmir-tikinti işləri nəticəsində binanın orijinal memarlıq quruluşudəyişdirilib, daxili plan həlli pozulub, tarixi abidə öz autentikdəyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcəkişlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun olaraqrazılaşdırılması ilə bağlı xəbərdarlıqlara istifadəçi tərəfindənməhəl qoyulmayıb.

İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə mühafizədərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin razılaşdırılmadan yeniquruluşa salınması, zahiri görkəminin dəyişdirilməsinə görəinzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinəgöndərilib.

Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrininqorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən,abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması vəonlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat vədigər işlərin aparılması qadağandır.

Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işləronların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdənsonra aparılmalıdır. Abidələrin qorunması haqqında AzərbaycanRespublikası qanunvericiliyinin pozulması cinayət, inzibati,intizam və mülki məsuliyyət yaradır.

Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağaçağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasınınqanunvericiliyinə riayət olunmasını tələb edirik.

Qeyd edək ki, 1970-ci illərdə inşa edilən “Moskva” univermağınınbinasının Ulu öndər Heydər Əliyevin iştirakı ilə açılışı həyatakeçirilib və dövrünün ən böyük ticarət mərkəzi kimi insanlarınxidmətinə verilib.

Seçilən
18
33
az.trend.az

10Mənbələr